[b]Qaxda 32 yaşlı kişini ilan sancdı[/b]
20 may 2019 13:18 (UTC +04:00)

[b]Qaxda 32 yaşlı kişini ilan sancdı[/b]

Qaxda 32 yaşlı kişini ilan sancıb.
 
ONA-nın şimal-qərb bürosunun məlumatına görə, hadisə bu gün səhər saatlarında rayonun Qıpçaq kəndi ərazisində baş verib.
 
Əslən Laçın rayonun olan, hazırda Qaxda məskunlaşan məcburi köçkün, 1987-ci il təvəllüdlü Şahmərdan Eldar oğlu Ağalarov ilan sancması xəsarəti ilə Qax Rayon Mərkəzi Xəstəxanasına daxil olub.
 
Tibb müəssisəsindən ONA-ya bildirilib ki, müayinə zamanı E.Ağalarov qoyun otaran zaman ilanın qəfildən onun sol ayağın topuq nahiyəsindən sancdığı məlum olub. Xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilən E.Ağalarova lazımı tibbi yardım göstərilib, ilan zəhəri əleyhinə qarşı zərdab vurulub.
# 1030
avatar

Oxşar yazılar