<b><span style="color:red;">Gürcüstan parlamentinin spikeri : Marneulidə Zaur Darğallı qalib gəlib</b>
20 may 2019 00:58 (UTC +04:00)

Gürcüstan parlamentinin spikeri: Marneulidə Zaur Darğallı qalib gəlib

İlkin hesablamalara görə, Marneulidə keçirilən mer seçkilərində Gürcü Arzusu partiyasının namizədi Zaur Darğallı 78,75 faiz səs çoxluğu ilə qalib gəlib.
ONA-nın Gürcüstan bürosundan verilən xəbərə görə, bu barədə Gürcüstan parlamentinin spikeri İrakli Kobaxidze məlumat verib. 
O qeyd edib ki, Gürcü Arzusu partiyasının namizədləri Marneuli ilə yanaşı, Zestafoni, Çiatura və Xulo rayonlarında da qalib gəliblər.
# 1271
avatar

Oxşar yazılar