Hindistandan Türkiyəyə uçan təyyarə Tehranda təcili eniş edib
19 may 2019 22:19 (UTC +04:00)

Hindistandan Türkiyəyə uçan təyyarə Tehranda təcili eniş edib

Yeni Dehlidən İstanbul istiqamətində uçan “Türkish Airline” Hava Yollarına məxsus təyyarə Tehranın Mehrabad hava limanında təcili eniş edib.
 
ONA-nın Tehran bürosunun məlumatına görə, bunu Mehrabad hava limanının rəhbəri  Mirsəid Səfiniya deyib.
 
Onun sözlərinə görə,  “Boinq 777” tipli təyyarənin eniş etməsinə səbəb yerli vaxtla saat 13:22 radələrində salonda olan bir sərnişinin vəziyyətinin pisləşməsi olub.
 
Təyyarə eniş etdikdən sonra, təcili yardım briqadası vaxtında xəstəyə müdaxilə etsə də, yaşlı sərnişin dünyasını dəyişib.
 
Təyyarənin digər sərnişinlərinin durumu yaxşıdır və qanuni prosedur bitdikdən sonra təyyarə yoluna davam edəcək.
# 1406
avatar

Oxşar yazılar