Avropa Liqasının kuboku Gəncədə nümayiş olunub
19 may 2019 16:43 (UTC +04:00)

Avropa Liqasının kuboku Gəncədə nümayiş olunub

Arıq bu gündən etibarən Avropa Liqasının kuboku bölgələrə tanışlıq turu başlanıb.
 
ONA-nın yerli bürosunun məlumatına görə, UEFA Avropa Liqasının  kuboku ölkənin ikknci böyük şəhəri olan  Gəncəyə gətirilib.
 
Kubok bu gün 15:00-dan etibarən Gəncə Şəhər İcra Hakimiyyətinin qarşısında nümayiş olunub.
 
Avropa Liqasının finalının oyununun Təşkilat Komitəsinin meneceri Tural Priyev Ona - ya bildirib ki, növbəti tədbir Cəbrayıl rayonunun işğaldan azad edilmiş Cocuq Mərcanlı kəndində olacaq.
 
Qeyd edək ki, mayın 29-da Bakı Olimpiya Stadionunda keçiriləcək finalda Böyük Britaniyanln “Arsenal” və “Çelsi” komandaları qarşılaşacaq
# 1528
avatar

Oxşar yazılar