Hacıqabul sakini elektrik cərəyanı vurması nəticəsində ölüb
19 may 2019 08:23 (UTC +04:00)

Hacıqabul sakini elektrik cərəyanı vurması nəticəsində ölüb

Hacıqabul sakinini elektrik cərəyanı vuraraq öldürüb.

 

ONA-nın Mil-Muğan bürosunun məlumatına görə, rayonun Kolanı kənd sakini, 1983-cü il təvəllüdlü Novruzov Xəyal Rzaxan oğlu elektrik naqili ilə ehtiyatsız davranıb və nəticədə elektrik cərəyanı vurub.

 

Onun meyiti müayinə olunması üçün məhkəmə tibb ekspertizasına təhvil verilib..

# 1327
avatar

Oxşar yazılar