Vurğun Hüseynov: "Finalda “Qəbələ” favoritdir”
18 may 2019 19:51 (UTC +04:00)

Vurğun Hüseynov: "Finalda “Qəbələ” favoritdir”

“İlk dəfə Sumqayıt adına kubok qazanmaq istəyirik”. 
 
ONA-nın məlumatına görə, bunu “Sumqayıt”ın futbolçusu Vurğun Hüseynov deyib.
 
Komandanın kapitanı olan təcrübəli müdafiəçi Azərbaycan kubokunun sabah keçiriləcək final matçı barədə fikirlərini açıqlayıb. V.Hüseynov PFL-in saytına açıqlamada hər şeyin meydanda həll olunacağını bildirib: “Hər iki komanda üçün çətin olacaq. “Qəbələ” favoritdir. Bizdən üstün komandadır. Amma hər şey meydanda həll olunacaq. Kim daha istəkli olacaqsa, qələbə də onun tərəfində olacaq. Komandada hər şey yaxşıdır. Həlledici matça hazırıq”.
# 2033
avatar

Oxşar yazılar