<b>Teleqram rəhbəri sirləri açıb-tökdü: <span style="color:red;">votsap da, instaqram da çox təhlükəlidir </b>
18 may 2019 19:14 (UTC +04:00)

Teleqram rəhbəri sirləri açıb-tökdü: votsap da, instaqram da çox təhlükəlidir

Vkontakte sosial şəbəkəsinin və Telegram messencerinin yaradıcısı Pavel Durov Facebook şirkətinə məxsus olan votsap messencerinin nəyə görə heç zaman təhlükəsiz olmayacağını başa saldı və həmin messenceri diktatorların ən sevimli messenceri adlandırdı. 
 
 
Lent.az technote-a istinadən bildirir ki, Durov votsap barəsində bu bəyanatları 14 may tarixində hackerlərin votsapın sistem boşluğundan istifadə edərək istifadəçilərin smartfonlarına casus tətbiqlərini yaza bilmələri xəbərinin ortaya çıxmasından sonra verib. “Bütün dünya votsap messencerinin istənilən smartfonu casus cihaza çevirməsi xəbərinə çok oldu. Məni isə bu heç də təəccübləndirmədi” - deyə Pavel Durov bildirib.
 
   
Durov-un fikrincə votsapın 10 illik tarixi ərzində elə bir gün olmayıb ki, bu messencer təhlükəsiz olsun. Durovun sözlərinə əsasən, Teleqram-dan fərqli olaraq votsapın mənbə kodu bağlıdır və buna görə də kibertəhlükəsizlik üzrə kənar mütəxəssislər kodda backdoorların olub-olmadıqlarını yoxlaya bilmirlər. Backdoorlar alqoritm defektləridir. Tərtibatçılar onları üçüncü şəxslərin sistemə icazəsiz girişlərinə imkan yaratmaq üçün bilərəkdən kodlara yerləşdirirlər. “Bəlkə də FBI Facebooku və votsapı məcbur edir ki, onlar kodlara backdoorlar yerləşdirsinlər” - deyə Durov qeyd edib.
 
    Durov onu da qeyd edib ki, o, FBI-nın motivasiyasını başa düşür: Təhlükəsizlik xidmətləri messencerlərə qarışma cəhdlərini terrorizmlə mübarizə ilə əlaqələndirirlər. Lakin backdoorlar həmçinin cinayətkarlara və avtoritar hökumətlərə sərf edir. “Heç təəccüblü deyil ki, diktatorlar votsap messencerini bu qədər sevirlər. Onun sistem boşluğu onlara insanlar üzərində casusluq aparmağa imkan verir. Məhz buna görə də Rusiya Federasiyası və İran kimi ölkələrdə onu pulsuz şəkildə yükləmək olar. Teleqram isə bu cür ölkələrdə qadağan edilib” - deyə Durov əlavə edib.
 
    O həmçinin qeyd edib ki, 3 il bundan öncə votsap öz sisteminə end-to-end şifrələmə üsulunu əlavə edən zaman o, aqressiv şəkildə istifadəçiləri öz çatlarının ehtiyat kopyalarını bulud yaddaşlarda saxlamağa çağırırdı. Lakin bu da istifadəçi məlumatlarını əlçatan edir. Ehtiyat kopyalarını etməmiş istifadəçilər istənilən halda təhlükəsizlikdə deyillər. Çünki Facebook şirkəti votsap istifadəçilərinin məlumatlarını böyük həcmdə dövlət agentliklərinə ötürür. Durov onu da qeyd edib ki, 1 il bundan öncə votsap yaradıcıları Facebook şirkətindən ayrılan zaman bildirmişdilər ki, "onlar öz istifadəçilərinin konfidensiallıqlarını satıblar".
 
    “Bir neçə il bundan öncə mən öz ölkəmi tərk etməli oldum. Çünki mən Vkontakte istifadəçilərinin konfidensiallıqlarının dövlət tərəfindən pozulması sanksiyalarına əməl etmədim. Bu heç də xoş deyildi. Lakin mən yenidən qərar verməli olsaydım həmin cür seçim edərdim” - deyə Durov bildirib. Durov təkcə votsapı deyil, həm də Facebook ilə Instaqramı da istifadə üçün təhlükəli hesab edir. O, Facebook-un illərlə milyonlarla istifadəçi şifrələrinin şifrələnməmiş vəziyyətdə saxlanması qalmaqalanı xatırladaraq böyük texnoloji şirkətin bu cür səhvi necə etdiyini başa düşmədiyini qeyd edib.
 
# 2617
avatar

Oxşar yazılar