Marneulidə mer seçkilərində 15 namizəddən 4-ü azərbaycanlıdır
18 may 2019 17:32 (UTC +04:00)

Marneulidə mer seçkilərində 15 namizəddən 4-ü azərbaycanlıdır

Marneulidə növbədənkənar mer seçkilərində 15 namizəd iştirak edəcək. Bunlardan 14-ü müxtəlif siyasi partiyaların nümayəndəsi, 1-i isə müstəqil namizəddir.
 
ONA-nın Gürcüstan bürosunun məlumatına görə, namizədlərdən 4-ü azərbaycanlıdır. Bunlar Avropalı Gürcüstan Partiyasından Əhməd İmamquliyev, Vahid Milli Hərəkat - Birləşmiş Müxalifət Partiyasından Aqil Mustafayev, Gürcü Arzusu Pariyasından Zaur Darğallı və müstəqil namizəd Əli Bədirlidir. 
 
Seçki öncəsi sorğulara əsasən, ən yüksək reytinq azərbaycanlı namizədlərə məxsusdur. 
 
Rayon üzrə seçicilərin ümumi sayının 99 717 nəfər olduğu bildirilir.
 
Namizədlərin seçki  platformaları demək olar ki,  üst-üstə düşür. Verilən vədlər əsasən kəndlərdə  infrastrukturun yaxşılaşdırılması, su təchizatında yaranan  problemlərin aradan qaldırılması istiqamətindədir..
 
Qeyd edək ki, Marneulidə mer vəzifəsi ötən ilin iyununda Teymur Abazovun məhkəmə qərarı ilə  həbs edilməsindən sonra boş qalıb. O, ötən il dekabrın 13-də azadlığa buraxılıb.
# 2001
avatar

Oxşar yazılar