[b]Türkiyədə xüsusi əməliyyat: 600-dən çox saxlanılan var[/b]
18 may 2019 16:30 (UTC +04:00)

[b]Türkiyədə xüsusi əməliyyat: 600-dən çox saxlanılan var[/b]

Türkiyənin bütün əyalətlərində keçirilən xüsusi əməliyyatlar nəticəsində 655 nəfər saxlanılıb.
 
Əməliyyatlar qeyri-qanuni qumar oyunlarının təşkilatçılarına qarşı keçirilib.
 
Əməliyyatlara 6,9 min polis əməkdaşı cəlb edilib. Əməliyyat zamanı həmçinin 1 kiloqramdan artıq narkotik və 8 ədəd odlu silah aşkarlanıb.
 
Qeyd edək ki, Türkiyədə 1996-cı ildən bir sıra qumar oyunları qadağan edilib.
 
 
(trend)
 
# 1973
avatar

Oxşar yazılar