Zaqatalada 3 yaşlı uşaq bədbəxt hadisə nəticəsində ölüb
18 may 2019 14:41 (UTC +04:00)

Zaqatalada 3 yaşlı uşaq bədbəxt hadisə nəticəsində ölüb

Zaqatalada üç yaşlı uşaq bədbəxt hadisə nəticəsində ölüb.
 
ONA-nın şimal-qərb bürosunun məlumatına görə, hadisə bu gün günorta saatlarında rayonun Suvagil kəndində baş verib.
 
2016-cı il təvəllüdlü Toğrul Adil oğlu Heydərov yaşadığı evin həyətyanı sahəsində oynayan zaman ərazidə olan “KamAz” markalı yük maşınının təkəri üstünə düşüb. Hadisədən sonra üç yaşlı T. Heydərov aldığı ağır xəsarətlərdən hadisə yerində ölüb.
 
Faktla bağlı araşdırma aparılır.
# 1975
avatar

Oxşar yazılar