Sumqayıtda zavodda ölüm hadisəsi olub
18 may 2019 13:16 (UTC +04:00)

Sumqayıtda zavodda ölüm hadisəsi olub

Sumqayıtda ölüm hadisəsi baş verib.
 
ONA-nın yerli bürosunun məlumatına görə, hadisə Etilen-polietilen zavodunda qeydə alınıb.
 
Belə ki, 1965-ci il təvəllüdlü Gəncəliyev Fuad Məmmədsəfa oğlunun sanitar qovşaqda qəflətən vəziyyəti pisləşib və o, dünyasını dəyişib. Onun ürəktutmasından öldüyü bildirilir. Mərhumun nəşi müayinə olunmaq üçün aidiyyatı üzrə təhvil verilib.
 
Faktla bağlı araşdırma aparılır.
# 2134
avatar

Oxşar yazılar