[b]Sabah HAVA necə olacaq?[/b]
18 may 2019 12:00 (UTC +04:00)

[b]Sabah HAVA necə olacaq?[/b]

Bakıda və Abşeron yarımadasında hava dəyişkən buludlu, yağmursuz olacaq. Bəzi yerlərdə duman qeydə alınacaq, mülayim cənub küləyi əsəcək.
 
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Lent.az-a verilən məlumata görə, havanın temperaturu  gecə 15-18° isti, gündüz  24-28°, Bakıda gecə 17-19° isti, gündüz  25-27°  isti təşkil edəcək.
 
Azərbaycanın rayonlarında hava əsasən yağmursuz olacaq. Lakin axşam bəzi dağlıq rayonlarda yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli olacağı, dolu düşəcəyi ehtimalı var. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 13-18° isti, gündüz  29-34° isti, dağlarda gecə 10-15° isti,  gündüz 17-22°  isti təşkil edəcək. 
# 2165
avatar

Oxşar yazılar