[b]"Erkən yaşda məcburi nikaha daxil edilən uşaqlarımız var" - Komitə sədri[/b]
18 may 2019 12:36 (UTC +04:00)

[b]"Erkən yaşda məcburi nikaha daxil edilən uşaqlarımız var" - Komitə sədri[/b]

“Azərbaycanda hələ də təhsildən yayınan, erkən yaşda nikaha məcburi olaraq daxil edilən, əməyə cəlb olunan uşaqlarımız var”.
 
ONA-nın məlumatına görə, bunu bu gün  Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova "Gənclər təşkilatları Dayanıqlı İnkişaf Məqsədləri naminə" mövzusunda konfransda bildirib.
 
Dövlət Komitəsinin sədri deyib ki, qadınların və kişilərin əlçatan və keyfiyyətli təhsil almaları əsas hədəflərdəndir: "Təhsil sahəsində gender bərabərsizliyinin aradan qaldırılması dünyada yoxsulluğun azaldılmasına imkan yaradacaq əsas amillərdən biridir. Təsəvvürünüzə gətirin ki, bir ailənin qız uşağı məktəbə gedir, keyfiyyətli təhsili əldə edir, daha sonra istədiyi peşəyə sahib olur, işləyir və əldə etdiyi gəlir hesabına ailəsinə maddi dəstək olur. Belə bir qız uşağının erkən yaşda ərə getməsi, ailə zorakılığına məruz qalması, yoxsul olması nadir hallarda baş verə bilər”.
# 2051
avatar

Oxşar yazılar