[b]İranın Ordu Komandanı: “Düşmən strateji səhv edərsə, çox peşman olacaq”[/b]
18 may 2019 12:17 (UTC +04:00)

[b]İranın Ordu Komandanı: “Düşmən strateji səhv edərsə, çox peşman olacaq”[/b]

“Düşmən strateji səhv edərsə, çox peşman olacaq”. 
 
ONA-nın Tehran bürosunun məlumatına görə, bunu İran İslam Respublikası Ordusunun Komandanı Əbdürrəhim Musəvi deyib.
 
Ə. Musəvi İran ordusunun hazırlıq vəziyyətinin yüksək olduğunu bildirib: “Ordu qüvvələrinin hazırlığı, ayıqlığının qorunması və artırılması qaçılmazdır. Çünki bu amil  düşmənin hədələrinin qarşısını alır”.
 
O qeyd edib ki, İran Silahlı Qüvvələri son illərdə çox önəmli bacarıqlar əldə edib: “İran xalqı əmin olsun ki,  ordu qüvvələri son damla qanlarına kimi  İran İslam Respublikasının milli mənafeyini və təhlükəsizliyini qoruyacaq. İran ordusu həmişə hazırlıq vəziyyətindədir”.
# 1944
avatar

Oxşar yazılar