Sarri Bakıda "Çelsi" ilə vidalaşıb, İtaliyaya qayıda bilər
18 may 2019 10:41 (UTC +04:00)

Sarri Bakıda "Çelsi" ilə vidalaşıb, İtaliyaya qayıda bilər

İtaliyanın “Yuventus” klubu yeni baş məşqçi axtarışların start verib.
 
ONA-nın məlumatına görə, Massimiliano Alleqri ilə yollarını mövsümün sonunda ayıracaq Turin təmsilçisi Maurisio Sarri ilə danışıqlara başlayıb.
 
Tərəflər arasında razılıq əldə olunsa, 2018-ci ilin yayında “Napoli”dən İngiltərə “Çelsi”sinə keçən mütəxəssis yenidən İtaliyaya qayıdacaq. Bu səbəbdən də Avropa Liqasının Bakıda keçiriləcək matçı M.Sarri üçün “Çelsi”də sonuncu görüş ola bilər.
# 1922
avatar

Oxşar yazılar