Bakıdakı 35 tələbə yataqxanasından 25-də məcburi köçkünlər məskunlaşıb
18 may 2019 09:25 (UTC +04:00)

Bakıdakı 35 tələbə yataqxanasından 25-də məcburi köçkünlər məskunlaşıb

“Hazırda Bakı şəhərində yerləşən və Təhsil Nazirliyinin tabeliyində olan 13 ali təhsil müəssisəsinin 35 yataqxana binası mövcuddur”.
 
Bu barədə ONA-nın sorğusuna cavab olaraq Təhsil Nazirliyindən bildirilib.
 
Bunlardan 3-ü təmirli (1300 çarpayılıq), 7-si təmirsizdir (850 çarpayılıq). 25 binada məcburi köçkünlər məskunlaşıb.
 
Təhsil Nazirliyinin tabeliyində olmayan digər ali təhsil müəssisələrinin yataqxanalarında 2100-ə yaxın çarpayılıq yer var.
 
Hazırda Gəncə Dövlət Universitetinin ümumi tutumu 792 yerlik üç  yataqxanasının əsaslı təmir işləri başlanılıb, Sumqayıt Dövlət Universitetinin 264 yerlik  yataqxanasının əsaslı təmiri üçün isə layihə-smeta sənədləri hazırlanır. Təmirin cari ildə başlanması nəzərdə tutulub.
# 1160
avatar

Oxşar yazılar