[b]Bakıda qız yaşlı anasını döyərək evdən çölə atıb - <span style="color:red;">FOTO  - <span style="color:red;">VİDEO  - <span style="color:red;">YENİLƏNİB [/b]
18 may 2019 05:28 (UTC +04:00)

[b]Bakıda qız yaşlı anasını döyərək evdən çölə atıb - FOTO - VİDEO - YENİLƏNİB[/b]

Bakının Nərimanov rayonu Rufulla Axundov küçəsində yerləşən mənzildə qızı Arzu Əkbərova tərəfindən döyülən 1966-cı il təvəllüdlü Məhbubə Əkbərova ONA-ya baş vermiş hadisənin təfərrüatı barədə məlumat verib.
 
Məlum olub ki, M.Əkbərovanın biri qız, bir oğlan olmaqla əkiz övladı var. O, illər öncə itkin düşən əkizlərinin tapılması üçün polisə müraciət edib. 2015-ci ildə axtarış nəticəsində qızı A,Əkbərova tapılıb. M.Əkbərova 2017-ci ildən qızının məskunlaşdığı Nərimanov rayonundakı mənzilində yaşayıb. Bu gün isə A.Əkbərova evi satacağını anasına deyərək onun bu mənzildən qeydiyyatdan çıxmasını tələb edib. Qızı ona bildirib ki, bundan sonra Türkiyədə yaşayacaq. Bundan sonra ana və qızı arasında mübahisə düşüb.    
 
M.Əkbərova iddia edir ki, mübahisə zəmnində qızı onu kibrit vasitəsilə yandırmağa çalışıb.
 
 
 
****
 
01:37
 
 
Nərimanov rayonu Rufulla Axundov küçəsində yerləşən mənzildə 1966-cı il təvəllüdlü Məhbubə Əkbərova qızı Arzu Əkbərova tərəfindən döyülüb. 
 
ONA xəbər verir ki, tərəflər arasında mübahisə mənzil üstündə baş verib.
 
Evindən çıxarılaraq yaxınlıqdakı parka atılan yaşlı qadın 1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib. 
 
Qeyd edək ki, M.Əkbərova Nəsimi rayon Mənzil Kommunal Təsərrüfat Birliyində süpürgəçi işləyir.

# 2052
avatar

Oxşar yazılar