<b>Türkiyədə itkin düşən əsgərlərin cəsədləri tapıldı - <span style="color:red;">YENİLƏNİB </b>
17 may 2019 22:58 (UTC +04:00)

Türkiyədə itkin düşən əsgərlərin cəsədləri tapıldı - YENİLƏNİB

Anadolu agentliyinin qar uçqunu altında qalaraq itkin düşən müxbirinin xilasedici qrupun tərkibində axtarışı zamanı çaya düşən hərbçilərdən digərinin də cəsədi tapılıb. 
 
ONA Türkiyə KİV-ə istinadla xəbər verir ki, rəsmi mənbələrdən hər iki əsgərin xidməti vəzifə borcunu yerinə yetirərkən şəhid olduqları bildirilib. 
 
 
21:07
 
Türkiyədə Bayburt-Trabzon arasındakı Soğanlı dağında uçuruma düşən Anadolu Agentliyinin müxbiri Abdulqadir Nişançını axtaran xilasedici heyət arasında iki əsgər bu gün itkin düşüb.
 
ONA-nın Türkiyə bürosunun xəbərinə görə, əsgərlərdən birinin cəsədi tapılsa da, digəri hələ də axtarışdadır.
Xatırladaq ki, Abdulqadir Nişançı mayın 10-dan uçuruma düşdükdən sonra tapılmır. Bu gün isə jurnalistin axtarışı zamanı 2 nəfər xilasedici çaya düşmüşdü. 
# 1825
avatar

Oxşar yazılar