Gədəbəydə apteki yaranlar Gəncədə saxlanıldılar
17 may 2019 17:25 (UTC +04:00)

Gədəbəydə apteki yaranlar Gəncədə saxlanıldılar

Gədəbəy Rayon Polis Şöbəsinə şəhər ərazisindəki apteklərin birindən oğurluq edilməsi barədə müraciət daxil olub.
 
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Gəncə regional qrupundan ONA-ya verilən məlumata görə, zərərçəkmiş Slavyanka kənd sakini R.Həsənov mayın 7-nə keçən gecə 20 Yanvar küçəsindəki aptekindən 3080 manat pul oğurlandığını bildirib.
 
Müraciətlə əlaqədar dərhal polis əməkdaşları tərəfindən müvafiq araşdırmalar aparılıb və qısa müddətdə bu cinayət əməlini törədənlərin Gəncə şəhəri ərazisində olduqlarımüəyyən edilib.
 
Gədəbəy Rayon Polis Şöbəsi və Gəncə Şəhər Baş Polis İdarəsi əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Bakı şəhər sakinləri Vadim Səlimov, Rövşən Alıyev və qardaşı Rəvşin şəhər ərazisində saxlanılıblar. Onlardan 2 ədəd maska, 1 ədəd alışqan tapança, 2 ədəd əlcək, 1 ədəd kəsici alət və 2 ədəd bıçaq aşkar edilərək götürülüb.
 
Araşdırma aparılır.
# 1545
avatar

Oxşar yazılar