<b>Xudatda 100 kq yararsız at əti aşkarlandı</b>
17 may 2019 16:01 (UTC +04:00)

Xudatda 100 kq yararsız at əti aşkarlandı

İstifadəyə yararsız ət aşkar edilib.
 
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Lent.az-a verilən məlumatına görə, əhalinin ərzaq təhlükəsizliyinin təmin edilməsi, insan sağlamlığına ciddi zərər vuran, istifadəyə yararsız yeyinti məhsullarının satışının qarşısının alınması istiqamətində polis orqanlarının aidiyyatı qurumlarla birgə tədbirləri davam etdirilir.
 
Növbəti belə tədbir daxil olmuş məlumat əsasında mayın 16-da DİN-in Baş İctimai Təhlükəsizlik İdarəsi əməkdaşlarının Qida Təhlükəsizliyi Agentliyinin nümayəndələri ilə birgə Xudat şəhəri ərazisində keçirilib. Şəhərin O.Mirzəyev küçəsində yerləşən Rəvan Bağıyevə məxsus gül satışı mağazasında soyuducudan mənşəyi məlum olmayan 100 kiloqram çəkidə ət aşkar edilib.
 
Ətdən götürülmüş nümunələr müvafiq ekspertizanın keçirilməsi üçün Qida Təhlükəsizliyi Agentliyinin laboratoriyasına təhvil verilib.
 
Araşdırmalar aparılır
# 1479
avatar

Səlcuq Elçin

Oxşar yazılar