İki rayonun icra başçısı dəyişdirildi - SƏRƏNCAM
17 may 2019 15:09 (UTC +04:00)

İki rayonun icra başçısı dəyişdirildi - SƏRƏNCAM

Azərbaycanda iki rayonun icra hakimiyyətinin başçısı işdən çıxarılıb.
 
ONA-nın xəbərinə görə, Azərbaycan Prezidenti İlham Əliyev bununla bağlı müvafiq sərəncamlar imzalayıb.
 
Sərəncamlara əsasən, Siraqəddin Nəcəf oğlu Cabbarov Saatlı Rayon İcra Hakimiyyətinin başçısı, Nazim Mehdi oğlu İsmayılov Sabirabad Rayon İcra Hakimiyyətinin başçısı vəzifələrindən azad ediliblər.
 
Prezidentin digər sərəncamı ilə Siraqəddin Nəcəf oğlu Cabbarov Sabirabad Rayon İcra Hakimiyyətinin başçısı, Nazim Mehdi oğlu İsmayılov Saatlı Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib.
# 2723
avatar

Oxşar yazılar