[b]Aİ Suriya hökumətinə qarşı sanksiyaların müddətini uzatdı[/b]
17 may 2019 14:48 (UTC +04:00)

[b]Aİ Suriya hökumətinə qarşı sanksiyaların müddətini uzatdı[/b]

Avropa İttifaqı Suriya hökumətinə qarşı tətbiq etdiyi sanksiyaların müddətini uzadıb.
 
ONA-nın Avropa İttifaqı Şurasının saytına istinadən verdiyi xəbərə görə, sanksiyaların vaxtı 2020-ci il iyunun 1-ə dək artırılıb.
 
Aİ sanksiyaların tətbiq olunduğu şəxslər və qurumlar siyahısından 5 nəfərin, habelə fəaliyyətini dayandıran və məhdudlaşdırıcı tədbirlər altında fəaliyyətini davam etdirə bilməyən 2 təşkilatın adını çıxardıb.
 
Hazırda siyahıya 270 nəfər və 70 qurumun adı daxildir. 
# 1076
avatar

Oxşar yazılar