Elina cinayətində <span style="color:red;">YENİ QALMAQAL : <span style="color:red;">"İcazə vermirlər, axı niyə?"
17 may 2019 14:03 (UTC +04:00)

Elina cinayətində YENİ QALMAQAL: "İcazə vermirlər, axı niyə?"

“Mən istəyirəm ki, Elinanın əsl ölüm səbəbini bilim, ancaq buna icazə vermirlər”.

 

Bu sözləri Lent.az-a açıqlamasında Elinanın anası Sevil Hacıyeva deyib. O bildirib ki, vəkillər tərəfindən hal-hazırda gedən məhkəmə-tibbi ekspertizada tibb ekspert olan Vüqar Məmmədovun iştirak etməsi ilə bağlı vəsatət hazırlanmışdı:

 

“Vüqar Məmmədov adi həkim deyil, o  ATU-nun məhkəmə təbabəti kafedrasının professoru və tibb elmləri doktoru olmaqla yanaşı, Dünya Tibbi Hüquq Assosiasiyasının birinci vitse-prezidentidir. İlk olaraq bununla bağlı vəkillərə deyilmişdi ki, razılıq veriləcək. Hətta bizə dedilər ki, sənədləri hazırlayıb təqdim edin ki, Vüqar Məmmədov cəlb edək. İndi isə bildirirlər ki, Vüqar Məmmədovun iştirakına ehtiyac yoxdur, lazım deyil. Axı niyə? Nə səbəbə? Vüqar Məmmədov orada nəyi qeyd etsə, bizim ürəyimiz rahat olacaqdı. O, lap desəydi ki, həkimin heç bir günahı olmayıb, biz buna razılıq verəcəkdik və nigaran qalmayacaqdıq. Bu onların özü üçün də yaxşı idi”.

 

Məsələ ilə bağlı Elinanın vəkilləri Lent.az-a bildiriblər ki, hazırda müstəntiqin sözügedən vəsatəti rədd etməsi ilə bağlı şikayət hazırlayırlar.

 

Xatırladaq ki, Elinanın ölümü ilə əlaqədar aparılmış xidməti araşdırma nəticəsində Bakı şəhəri 162 nömrəli tam orta məktəbin direktoru (Abbasova Sevinc Kamil qızı), tərbiyə işləri üzrə direktorun müavini (Məhərrəmova Lalə Arif qızı) və məktəbin psixoloqunun (Ağayeva Könül İsmayıl qızı) əmək müqaviləsinə xitam verilib.

 

Həmçinin qeyd edək ki, Bakı şəhəri Səbail rayonu 162 nömrəli tam orta məktəbin 8-ci (r) sinif şagirdi, 2004-cü il təvəllüdlü Elina Hacıyevanın təhsil aldığı məktəbin üçüncü mərtəbəsindən özünü ataraq intihara cəhd etməsi faktı ilə bağlı Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb. Hal-hazırda həmin iş üzrə istintaq gedir.

 

S.Abbasova Cinayət Məcəlləsinin 143-cü (Təhlükədə qoyma) və 314.2-ci (Səhlənkarlıq; zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddələri ittiham verilib. Səbail rayon Məhkəməsi tərəfindən S. Abbasova barəsində ev dustaqlığı qətimkan tədbiri seçilib.

 

# 3690
avatar

Hicranə Əlişqızı

Oxşar yazılar