<b><span style="color:red;">İlan sancması : Ölkədə <span style="color:red;">ZƏRDAB  çatışmazlığı varmı?</b>
17 may 2019 14:04 (UTC +04:00)

İlan sancması: Ölkədə ZƏRDAB çatışmazlığı varmı?

Ölkədə havalar isinən kimi ilan sancması ilə bağlı xəbərlər sosial şəbəkələrdə gündəm olur.
 
Bakıda və bəzi bölgələrdə havanın temperaturunun yüksək olması, bu halların çoxalması ilə müşahidə edilir.
 
Bəs İlan sancan şəxsə ilk olaraq hansı yardım göstərilməlidir?
 
Mövzu ilə bağlı terapevt Tofiq Əkbərovla Əlaqə saxladıq.
 
Bununla bağlı Lent.az-a açıqlama verən T.Əkbərov bildirdi ki, ilan sancan şəxsə ilıq şəkildə çoxlu maye vermək lazımdır. “ Həmin yeri təmiz su ilə yuyaraq yod məhlulu və tibbi spirt sürtmək olar. Ancaq xəstə təcili olaraq xəstəxanaya çatdırılmalı, zərdab vurulmalıdır”.
 
Bəs hazırda Poliklinikalarda zərdab tapmaq asandırmı?
 
Zərdabın apteklərdə satışına icazə varmı?
 
Səhiyyə Nazirliyinin mətbuat xidmətindən Lent.az-a bildirildi ki, hazırda İlan sancmalarına qarşı olan zərdab (Gürzə əleyhinə zərdab) ötən ildən 90 ədəd qalıb. Yeni vaksinlərin gətirilməsi üçün sifariş veriləcək:
 
“Əlavə olaraq 450 ədəd sifariş olunub. İlin sonlarına doğru vaksinlərdə azalma müşahidə olunarsa, Səhiyyə Nazirliyinin İnnovasiya və Təchizat Mərkəzi ölkəyə yeni vaksinlərin gətirilməsi üçün sifariş verəcək. Ölkə ərazisində zərdab çatışmazlığı yoxdur. İlin əvvəlində, hər birində 5 ədəd olmaqla 15 min qutu quduzluq əleyhinə vaksin sifariş olunub. Hazırda ehtiyatda 11 min qutu vaksin var. İl ərzində istifadə olunması nəzərə alınaraq, Sentyabr ayında keçiriləcək növbəti tenderdə lazımi qədər zərdab sifariş ediləcək”.
 
Nazirlikdən əlavə edildi ki, zərdab ancaq tibb müəssisəsində vurulur və satışda olmur.
# 1268
avatar

Fəxriyyə Mahmudova

Oxşar yazılar