<b>Bakının bəzi küçələrində svetoforlar işləmir - <span style="color:red;">SƏBƏB AÇIQLANDI </b>
17 may 2019 12:41 (UTC +04:00)

Bakının bəzi küçələrində svetoforlar işləmir - SƏBƏB AÇIQLANDI

Elektrik təchizatının kəsilməsi ilə əlaqədar olaraq hazırda Qara Qarayev prospektinin Əli Vəliyev, Azər Manafov və Özbəkistan küçələri ilə kəsişməsində svetoforlar fəaliyyət göstərmir.
 
Bu barədə Lent.az-a Bakı Nəqliyyat Agentliyindən (BNA) bildirilib.
 
Verilən məlumata görə, svetoforların fəaliyyətinin bərpa edilməsi istiqamətində iş aparılır. 
 
Sürücülərdən xahiş olunur ki, svetoforların işi bərpa edilənədək ərazidəki yol nişanlarının tələbini və nizamlanmayan yolayrıcını keçmə qaydalarını əsas tutaraq hərəkət etsinlər.
# 827
avatar

Aygün İbrahimli

Oxşar yazılar