<b>Narkotik satan şəxs yaxalandı</b>
17 may 2019 11:32 (UTC +04:00)

Narkotik satan şəxs yaxalandı

Şirvanda narkotik satışı ilə məşğul olan şəxs yaxalanılıb.
 
DİN Mətbuat Xidmətindən Lent.az-a verilən xəbərə görə, Baş Narkotiklərlə Mübarizə İdarəsi və Şirvan Şəhər Polis Şöbəsinin əməkdaşları daxil olmuş məlumatlar əsasında şəhər ərazisində əməliyyat tədbirləri keçirilib.
 
Polis əməkdaşları tərəfindən narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilindiyinə görə saxlanılan şəhər sakini E.Valehovdan çəkisi 485 qram marixuana aşkar edilərək götürülüb.
 
Birgə keçirilmiş digər əməliyyat tədbiri nəticəsində isə şəhər sakini C.Alışov saxlanılıb. Ondan 480 qram marixuana götürülüb. Ona məxsus həyətyanı sahədə keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində isə kultivasiya yolu ilə yetişdirilmiş 16 ədəd çətənə kolu da aşkar edilərək götürülüb.
 
Faktlarla bağlı araşdırmalar aparılır.
# 729
avatar

Səlcuq Elçin

Oxşar yazılar