<b>Ağdaşda narkotacir tutuldu</b>
17 may 2019 11:00 (UTC +04:00)

Ağdaşda narkotacir tutuldu

Ağdaş sakininin evində çətənə bitkiləri aşkar olunub
 
DİN Mətbuat Xidmətinin Şəki regional qrupundan Lent.az-a verilən məlumata görə, Ağdaş Rayon Polis Şöbəsinin əməkdaşları narkotik vasitələrin qanunsuz dövriyyəsi və kultivasiya yolu ilə yetişdirilən narkotik tərkibli bitkilərin aşkar edilməsi istiqamətində uğurlu əməliyyat tədbiri həyata keçiriblər. Belə ki, mayın 16-da əldə edilmiş məlumat əsasında keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən rayonun Dəhnəxəlil kənd sakini 61 yaşlı Elbrus İsmayılov saxlanılıb.Onun yaşadığı evin həyətyanı sahəsinə baxış keçirilən zaman  xüsusi aqrotexniki qaydada qulluq edilməklə yetişdirilən 61 ədəd çətənə bitkisi aşkar olunaraq maddi sübut kimi  götürülüb. 
 
Faktla bağlı E.İsmayılov barəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb, istintaq aparılır.
# 870
avatar

Səlcuq Elçin

Oxşar yazılar