Mühafizəkarlar və leyboristlərin "Brexit" danışıqları nəticəsiz qaldı
17 may 2019 10:55 (UTC +04:00)

Mühafizəkarlar və leyboristlərin "Brexit" danışıqları nəticəsiz qaldı

Böyük Britaniyada Mühafizəkarlar və Leyboristlər partiyaları arasında "Brexit"lə bağlı gedən danışıqlar nəticəsiz qalıb.
 
ONA-nın BBC-yə istinadən verdiyi xəbərə görə, mühafizəkarların lideri, baş nazir Tereza Mey və leyboristlərin lideri Ceremi Korbin "Brexit"ə dair sazişin iyunda parlamentdə keçiriləcək səsvermədə qəbul olunması üçün müzakirələrə davam edəcəklər.
 
Xatırladaq ki, aprelin 2-də baş nazir Tereza Mey Leyboristlər Partiyası ilə bu məsələnin müzakirəsinə dair danışıqların başlandığını bildirmişdi. 
# 898
avatar

Oxşar yazılar