“Lokomotiv” bərpa olunur: baş məşqçi bəllidir
17 may 2019 10:28 (UTC +04:00)

“Lokomotiv” bərpa olunur: baş məşqçi bəllidir

Fəaliyyətini dayandıran “Lokomotiv” voleybol klubu bərpa olunur. 
 
ONA-nın məlumatına görə, komandanın yenidən qurulması istiqamətində artıq ilk addımlar atılıb. 
 
Belə ki, “dəmiryolçular” qadınlardan ibarət klubu gənc və kifayət qədər təcrübəli mütəxəssis Ziya Rəcəbova həvalə ediblər. Artıq tərəflər arasında razılaşma da olub. 
 
Azərbaycan millisinin aparıcı oyunçularından olmuş Rəcəbov “Lokomotiv”ə kimi, “Rabitə” və “Telekom” komandalarında çalışıb. O, Azərbaycan tarixində böyük uğur qazanmış klubla dünya çempionatında, Çempionlar Liqasında və Superliqada dəfələrlə mükafatçılar sırasında düşüb. Mütəxəssis ardınca “Azəryol”a baş məşqçi təyin olunub və debütdəcə “yolçəkənlər”i CEV kubokunda yarımfinala yüksəldib. 
 
Yığmada da məşqçi kimi çalışan Rəcəbov onlarla İslam Həmrəyliyi Oyunlarında ikinci yeri tutub. 
 
Qeyd edək ki, “Lokomotiv”in kişilərdən ibarət komandasının da bərpa olunacağı bildirilir. 
# 1052
avatar

Oxşar yazılar