<b>İngiltərə klubunu Bin Ladenin ailə üzvü maliyyələşdirirmiş</b>
17 may 2019 10:20 (UTC +04:00)

İngiltərə klubunu Bin Ladenin ailə üzvü maliyyələşdirirmiş

İngiltərənin “Şeffild Yunayted” klubu “Əl-Qaidə” terror təşkilatının sabiq lideri Üsama Bin Ladenin ailə üzvü tərəfindən maliyyələşdirilib.
 
ONA-nın “The Daily Mail”ə istinadən məlumatına görə, klubun hesabına köçürülən 3 milyon funt sterlinqin öldürülən “Əl-Qaidə” liderinin qohumu tərəfindən verildiyi müəyyənləşib.
 
Bu maliyyə əməliyyatı “Delta layihəsi” adı altında gerçəkləşib. Şeffild təmsilçisinin belə maliyyələşməsi kluba sahibkarlıq hüququnu araşdıran London Ali Məhkəməsinin iclasında üzə çıxıb.
 
Qeyd edək ki, əsası 1889-cu ildə qoyulan “Şeffild Yunayted” başa çatan mövsümdə Çempionşipdə 2-ci yeri tutaraq Premyer Liqaya vəsiqə qazanıb.
# 993
avatar

Oxşar yazılar