<b>Ötən günün "yol terroru": <span style="color:red;">2 qəza , <span style="color:red;">3 ölü </b>
17 may 2019 10:01 (UTC +04:00)

Ötən günün "yol terroru": 2 qəza, 3 ölü

Respublikanın daxili işlər orqanları tərəfindən, gün ərzində törədilmiş 30 cinayətin üstü “isti izlər”lə açılıb.
 
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Lent.az-a verilən xəbərə görə, əvvəlki dövrlərdən bağlı qalmış 18 cinayətin açılması təmin olunub.
 
Axtarışda olduğuna görə ümumilikdə 22 nəfər, o cümlədən mülki-hüquqi öhdəliklərin icrasından yayındığına görə 1 nəfər, borclu şəxs qismində axtarışda olan 13 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.
 
Məlumatda bildirilib ki, Respublikanın avtomobil yollarında isə 2 ağır yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 3 nəfər ölüb.
 
Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 16, qanunsuz saxlanılan silah-sursatla bağlı 2 fakt müəyyən edilib.
 
Cinayət törətməkdə şübhəli bilinən 39 nəfər saxlanılıb
 
# 733
avatar

Fəxriyyə Mahmudova

Oxşar yazılar