İranın xarici işlər naziri Çinə gedir
16 may 2019 19:51 (UTC +04:00)

İranın xarici işlər naziri Çinə gedir

İranın xarici işlər naziri Çinə səfər edəcək.
 
ONA-nın İRNA-ya istinadən verdiyi xəbərə görə, Məhəmməd Cavad Zərif Çİnə mayın 17-də gedəcək. 
 
Qarşılıqlı əlaqələr, regional və beynəlxalq inkişaf, həmçinin, İranın nüvə proqramı ilə bağlı Birgə Fəaliyyət Planının həyata keçirilməsi məsələləri səfər çərçivəsində müzakirə olunacaq əsas mövzular sırasındadır. 
# 1465
avatar

Oxşar yazılar