Azərbaycan-Çexiya hərbi-texniki əməkdaşlığın inkişafı məsələləri müzakirə olundu
16 may 2019 19:05 (UTC +04:00)

Azərbaycan-Çexiya hərbi-texniki əməkdaşlığın inkişafı məsələləri müzakirə olundu

Mayın 16-da Müdafiə nazirinin maddi-texniki təminat üzrə müavini general-mayor Fuad Məmmədov ölkəmizdə səfərdə olan Çexiyanın “Ceska Zbrojovka Group SE” şirkətinin prezidenti Lyubomir Kovarikin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb. Bu barədə Lent.az-a Müdafiə Nazirliyindən bildirilib.
 
Məlumata görə, görüşdə Azərbaycan ilə Çexiya arasında həyata keçirilən hərbi-texniki əməkdaşlıq çərçivəsində birgə fəaliyyətin genişləndirilməsi məsələləri müzakirə olunub, şirkətin istehsal etdiyi hərbi təyinatlı məhsulların taktiki-texniki xassələri və tətbiqi imkanlarına dair təqdimat keçirilib.
# 1740
avatar

Oxşar yazılar