<b>Bu oyunların iştirakçıları gəlir vergisindən <span style="color:red;">AZAD EDİLDİ </b>
16 may 2019 18:56 (UTC +04:00)

Bu oyunların iştirakçıları gəlir vergisindən AZAD EDİLDİ

Gəlir vergisindən azadolmalar və güzəştlər artırılıb.
 
ONA-nın məlumatına görə, bununla bağlı Prezident İlham Əliyev bu gün Vergilər Məcəlləsinə dəyişiklik edilməsi barədə qanunu imzalayıb.
 
Dəyişiklik bu il Bakıda keçiriləcək UEFA Avropa Liqasının finalı və futbol üzrə 2020-ci ildə baş tutacaq Avropa çempionatının oyunları ilə əlaqədardır.
 
Bununla bağlı Vergi Məcəlləsinə əlavə olunması təklif edilən 102.1.34-cü maddədə bildirilir ki, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan tərəfindən verilmiş təsdiqedici sənəd əsasında Azərbaycanda keçiriləcək Avropa Liqasının finalı və qitə çempionatının oyunları ilə əlaqədar malların təqdim edilməsi, işlər görülməsi və xidmətlər göstərilməsinə cəlb olunmuş qeyri-rezident fiziki şəxslərin bu fəaliyyət çərçivəsində, qeyri-rezident futbol klublarının, oyunçularının və işçilərinin həmin oyunlarla bağlı əldə etdiyi gəlirləri vergidən azaddır.
 
Bundan əlavə, Məcəlləyə əlavə edilən yeni 106.1.25-ci maddəyə əsasən, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müəyyən etdiyi qaydada müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən verilmiş təsdiqedici sənəd əsasında Azərbaycan Respublikasında keçirilən UEFA 2019 Avropa Liqasının final oyunu ilə əlaqədar UEFA-nın, onun yaratdığı qeyri-rezident hüquqi şəxslərin, qeyri-rezident futbol klublarının (assosiasiyalarının) həmin oyunla bağlı əldə etdiyi gəlirləri vergidən azaddır.
 
106.1.26-ci maddəyə görə isə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müəyyən etdiyi qaydada müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən verilmiş təsdiqedici sənəd əsasında Azərbaycan Respublikasında keçirilən UEFA 2020 Futbol çempionatının oyunları ilə əlaqədar UEFA-nın, onu təmsil edən və onun yaratdığı qeyri-rezident hüquqi şəxslərin, habelə qeyri-rezident futbol klublarının (assosiasiyalarının) çempionatla bağlı əldə etdiyi gəlirləri vergidən azaddır.
 
Qanun 2019-cu il martın 1-dən 2020-ci il avqustun 1-dək qüvvədə olacaq.
# 1768
avatar

Oxşar yazılar