Nazirlər Kabinetinin internet saytında YENİLİK

Nazirlər Kabineti Aparatının rəsmi internet saytı (www.cabmin.gov.az) daha da təkmilləşdirilərək yenilənib. Bu barədə Lent.az-a Nazirlər Kabinetinin mətbuat xidmətindən bildirilib.
 
Məlumata görə, bu gündən saytın ingilis dili versiyası fəaliyyətə başlayıb. Saytın xarici dillərdə olan versiyaları kütləvi informasiya vasitələrinin, tədqiqatçıların, beynəlxalq təşkilatların, xarici ölkələrin müvafiq qurumlarının istifadəsi məqsədilə yaradılıb. Daha bir yenilik isə video materiallarla bağlıdır. Belə ki, Azərbaycan Respublikasının Prezidentinin Nazirlər Kabinetində keçirdiyi iclaslar, Baş Nazirin və Nazirlər Kabinetinin fəaliyyəti ilə bağlı video materialları Nazirlər Kabinetinin yeni yaradılan (AR Nazirlər Kabineti) “Youtube” səhifəsində də izləmək mümkün olacaq.
 
Hazırda saytda müntəzəm olaraq Azərbaycan Respublikasının Baş Nazirinin iştirakı ilə keçirilən görüşlər, rəsmi tədbirlər, imzalanmış qərarlar, Nazirlər Kabinetinin iclasları haqqında operativ məlumatlar, tədbirlərdən fotoşəkillər və digər informasiyalar yerləşdirilir. Bütün bunlar haqqında, həmçinin Nazirlər Kabinetinin “Twitter” (@AzerbaijanNK‏) sosial şəbəkəsindəki rəsmi səhifəsindən də məlumat əldə etmək mümkündür. Nazirlər Kabinetinin “Twitter” səhifəsindən 3 dildə - Azərbaycan, rus və ingilis dillərində paylaşımlar edilir.

LENT

26 May 2019
25 May 2019

Digər xəbərlər >>>