<b>İnternetə görə aylıq ödəmələrin vaxt məhdudiyyətində <span style="color:red;">DƏYİŞİKLİK EDİLDİ </b>
16 may 2019 15:56 (UTC +04:00)

İnternetə görə aylıq ödəmələrin vaxt məhdudiyyətində DƏYİŞİKLİK EDİLDİ

Azərbaycan Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi “Aztelekom” MMC internet xidmətinə görə aylıq ödəmələrin vaxt məhdudiyyətində dəyişiklik edib.
 
Nazirlikdən ONA-ya verilən məlumata görə, 2019-cu ilin may ayından etibarən “Aztelekom” MMC-nin internet xidməti üzrə ödənişlər “gündəlik hesablaşma” prinsipi ilə aparılacaq.
 
Belə ki, artıq ödəniş günü  hər ayın 5-dək deyil, sonuncu ödəniş edilən gündən sonrakı 30-cu təqvim günü gələn ay üçün ödəmənin son günü müəyyən ediləcək. Hazırda isə cari ay üçün ödəniş olunmadığı təqdirdə internet xidməti dayandırılacaq.
# 1660
avatar

Oxşar yazılar