Gürcüstanda hərbçi evində ölü tapıldı
16 may 2019 14:41 (UTC +04:00)

Gürcüstanda hərbçi evində ölü tapıldı

Gürcüstanda hərbi qulluqçu yaşadığı evdə ölü tapılıb.
 
ONA-nın yerli bürosunun xəbərinə görə, Gürcüstan Müdafiə Nazirliyinin yaydığı məlumatda meyiti tapılan şəxsin bu il mayın 15-dən müqavilə əsasında Milli Qvardiyanın 10-cu briqadasında hərbi xidmətə başlamış Paata Çxaidze olduğu bildirilib.
 
Polis hadisə yerinə baxış keçirərkən ov tüfəngi aşkarlayıb.
 
Hadisənin səbəbləri araşdırılır.
# 962
avatar

Oxşar yazılar