<b>Keçmiş əri Günaydan danışdı: <span style="color:red;">"Məni öldürtmək istəyirdi"</b>
16 may 2019 13:15 (UTC +04:00)

Keçmiş əri Günaydan danışdı: "Məni öldürtmək istəyirdi"

ABŞ-da yaşayan aktyor Tolqa Karel keçmiş xanımı, azərbaycanlı model Günay Musayeva barədə danışıb.

 

Lent.az-ın Türkiyə mediasına istinadən verdiyi xəbərə görə, Tolqa Günayın illər öncə onu öldürtmək üçün adam tutdurduğunu bildirib: “Məni öldürtmək üçün tutdurduğu insan həbs olunub. Hansı birindən danışım? Mənim danışdıqlarımın sübutu var. Bu müqəddəs ayda namaz qılıram. Allahıma şükür edirəm ki, məni belə qadından xilas edib. Mənim üçün o, ölü biridir. Cahangir mənim oğlumdur, amma gün gələcək, o da həqiqətləri biləcək və yanında bir dəqiqə belə qalmayacaq. O gün gələnədək səbir edəcəm, gözləyəcəm”. 

 

Qeyd edək ki, boşanan cütlüyün bu evlilikdən bir övladı var.

 

# 1294
avatar

Yalçın UĞUR

Oxşar yazılar