Avroliqanın finalı ilə bağlınə 39 təcili tibbi yardım briqadası ayrılıb
16 may 2019 12:00 (UTC +04:00)

Avroliqanın finalı ilə bağlınə 39 təcili tibbi yardım briqadası ayrılıb

UEFA Avropa Liqasının final oyunu ilə bağlı 39 təcili tibbi yardım briqadası ayrılıb.
 
Bu barədə ONA-ya Bakı Şəhər Təcilli və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının baş həkimi Rauf Nağıyev məlumat verib.
 
Baş həkim bildirib ki, 10 təcili tibbi yardım briqadası ehtiyatda qalacaq: “Yerdə qalan digər təcili tibbi yardım briqadaları qonaqların yaşadıqları ərazilərdə, məşqlərin keçirilmə zonasında və bilavasitə Bakı Olimpiya Stadionunda fəaliyyət göstərəcəklər”.
 
R.Nağıyev Avropa Liqasının finalı ilə bağlı mayın 25-dən etibarən təcili tibbi yardım xidmətinin gücləndirilmiş rejimdə çalışacağını da vurğulayıb.
 
Xatırladaq ki, mayın 29-da Bakı Olimpiya Stadionunda UEFA Avropa Liqasının finalında İngiltərənin "Çelsi" və "Arsenal" futbol klubları qarşılaşacaqlar.
# 882
avatar

Oxşar yazılar