[b]Bakıda 65 yaşlı kişini elektrik cərayanı vurub[/b]
16 may 2019 06:20 (UTC +04:00)

[b]Bakıda 65 yaşlı kişini elektrik cərayanı vurub[/b]

Səbail rayonunda bir nəfəri elektrik cərayanı vurması faktı qeydə alınıb.
 
ONA-nın məlumatına görə, hadisə Badamdar qəsəbəsində baş verib.
 
1954-cü il təvəllüdlü Məmmədov Yadigar Məhər oğlu iş görən zaman ehtiyyatsızlıqdan elektrik cihazına toxunub. Bu zaman  onu elektrik cərayanı vurub. 
 
Yaralı 1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib.
# 1076
avatar

Oxşar yazılar