[b]"Ayaks" 34-cü dəfə Hollandiya çempionu oldu - VİDEO[/b]
16 may 2019 01:10 (UTC +04:00)

[b]"Ayaks" 34-cü dəfə Hollandiya çempionu oldu - VİDEO[/b]

Hollandiya çempionatında 2018/19 mövsümünün əsas mərhələsinə yekun vurulub.
 
ONA-nın məlumatına görə, Erediviziyanın qalibi son turda müəyyənləşib.
 
XXXIV tur ərəfəsində ən yaxın izləyicisi PSV-ni üç xal qabaqlayan “Ayaks” səfərdə “Qraafşap”ın qonağı olub. 4:1 hesablı qələbə qazanan Amsterdam klubu xal hesabını 86-ya çatdırıb. Qonaqların heyətində Şöne və Taqlyafiko hərəyə bir, Tadiç iki qol vurub.
 
Öz meydanında “Herakles”i 3:1 hesabı ilə üstələyən PSV gümüş mükafatla kifayətlənib. Bürünc medalı isə Eyndhoven təmsilçisindən 18 xal geri qalan “Feyenoord”a nəsib olub.
 
Qeyd edək ki, 2013/14 mövsümündən sonra ilk qızıl medalını əldə edən “Ayaks” tarixində 34-cü dəfə ölkə çempionu olmaqla, PSV ilə qızıl medalların sayındakı fərqi 10-a çatdırıb.
 
Çempionat pley-off mərhələsi ilə davam etdiriləcək ki, burda da Erediviziyaya gələcək və gedəcək klublar bilinəcək. 
 
 
# 1285
avatar

Oxşar yazılar