[b]“Latsio” İtaliya kubokunun sahibi oldu - VİDEO[/b]
16 may 2019 00:54 (UTC +04:00)

[b]“Latsio” İtaliya kubokunun sahibi oldu - VİDEO[/b]

İtaliya kubokunda 2018/19 mövsümünün final oyunu keçirilib.
 
ONA-nın məlumatına görə, həlledici görüşdə “Atalanta” ilə “Latsio” üz-üzə gəlib.
 
Romanın Olimpiya stadionunda baş tutan qarşılaşmanın taleyi görüşün sonunda həll olunub. İki cavabsız qol vuran “Latsio” mükafata sahib çıxıb.
 
Matçın 82-ci dəqiqəsində Sergey Milinkoviç-Saviç hesabı açıb. 90-cı dəqiqədə isə Xoakin Korrea fərqlənib.
 
Bu, “Latsio”nun tarixində 7-ci İtaliya kuboku olub. Sonuncu dəfə 2013-cü ildə bu mükafata yiyələnən paytaxt təmsilçisi 6 ildən sonra azarkeşlərini sevindirib.
 
İtaliya kuboku
 
Final
 
15 may
“Latsio” – “Atalanta” – 2:0
Milinkoviç-Saviç, 82, Korrea, 90
 
 
# 1317
avatar

Oxşar yazılar