Övladlığagötürmə ilə bağlı təlimlər keçirilir
15 may 2019 19:10 (UTC +04:00)

Övladlığagötürmə ilə bağlı təlimlər keçirilir

DOST Agentliyinə cəlb olunacaq sosial işçilər üçün “Övladlığagötürmə sahəsində sosial işin rolu” mövzusunda təlimlər davam edir. 

Lent.az məlumat verir ki, təlimlər Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin təşkilatçılığı ilə BMT-nin Uşaq Fondu (UNICEF) tərəfindən keçirilir. 16 günlük təlim proqramının əsas məqsədi iştirakçılara övladlığagötürmə ilə bağlı zəruri bilik və bacarıqların öyrədilməsidir. 

İştirakçılar sosial iş, sosial işdə etik kodeks, sosial işçilərin öhdəlikləri, övladlığagötürmə prosesində uşaqların ehtiyacları və motivasiyası barədə məlumatlandırılır. Onlara həmçinin, valideynlik üslubları, bacarıqlı valideynin davranışı və məsuliyyəti, uşaqlarla kommunikasiya, uşaq istismarının və uşaqlara laqeydliyin qarşısının alınması, övladlığa götürdükdən sonrakı proses və s. mövzularda geniş məlumatlar verilir. 

Təlimlər müvafiq sahə üzrə peşəkar təlimçilər tərəfindən interaktiv-praktiki tapşırıq, rol oyunları, qrup işi və müzakirələr şəklində keçirilir.

# 1651
avatar

Hicranə Əlişqızı

Oxşar yazılar