[b]Sumqayıtda iki qızı maşın vurdu[/b]
15 may 2019 16:41 (UTC +04:00)

[b]Sumqayıtda iki qızı maşın vurdu[/b]

Sumqayıtda piyadaların xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
 
ONA-nın yerli bürosunun məlumatına görə, qəza şəhərin Koroğlu prospektinin 8-ci mikrorayon ərazisindən keçən hissəsində qeydə alınıb.
 
Yolu piyada zolağından keçmək istəyən 1998-ci il təvəllüdlü Lalə Abdullazadəni və 2000-ci il təvəllüdlü Aytac Babayevanı 10 RB 590 dövlət nömrə nişanlı "Mercedes" markalı avtomobil vurub.
 
Qəza nəticəsində hər iki piyada xəsarət alıb. Onlara sağ aşağı ətrafın qapalı sınığı və qapalı kəllə-beyin travması diaqnozu qoyulub. Piyadalar Sumqayıt Təcili Tibbi Yardım Xəstəxanasına yerləşdirilib.
 
Faktla bağlı araşdırma aparılır.
# 1687
avatar

Oxşar yazılar