<b>Akif Çovdarovun şikayəti icraata verildi</b>
15 may 2019 16:09 (UTC +04:00)

Akif Çovdarovun şikayəti icraata verildi

Ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin sabiq rəisi, general-mayor Akif Çovdarov, MTN-in Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin sabiq işçisi, polkovnik Səlim Məmmədov və digərləri kassasiya şikayəti üzrə məhkəmənin vaxtı məlum olub.
 
Lent.az Ali Məhkəminin saytına istinadən bildirir ki, hakim Əziz Seyidovun sədrliyi ilə keçiriləcək ilkin baxış iclası  mayın 30-na təyin edilib.
 
Qeyd edək ki, Bakı Hərbi Məhkəməsinin hökmü ilə Akif Çovdarov 12 il, Səlim Məmmədov 11 il, Akif Əliyev 5 il və Orxan Osmanov 4 il müddətinə azadlıqdan məhrum edilib. Onların 33 milyon manatlıq əmlaklarının əksəriyyəti müsadirə edilib və rütbələrinin alınması üçün təqdimat verilib. Hökmdən narazı qalan məhkumlar və zərərçəkmiş şəxslərin bir qismi apellyasiya şikayəti verib.
 
# 1427
avatar

Səlcuq Elçin

Oxşar yazılar