<b>İki hakim işindən uzaqlaşdırıldı -<span style="color:red;"> RƏSMİ </b>
15 may 2019 15:39 (UTC +04:00)

İki hakim işindən uzaqlaşdırıldı - RƏSMİ

Bu gün Məhkəmə-Hüquq Şurasının iclası keçirilib.
 
Lent.az-ın Şuranın saytına istinadən verdiyi məlumatına görə, məhkəmələrdə monitorinqlər keçirilərək qeyri-prosessual münasibətlərə şərait yaradan və vətəndaşların haqlı narazılığını doğuran pozuntular yerində dərhal aradan qaldırılıb, daha kobud nöqsanlara yol vermiş 2 hakim barədə intizam icraatı başlanılıb.
 
Şurada qanunvericiliyin tələblərinin kobudcasına pozulmasına və korrupsiyaya şərait yaradan hallara, süründürməçiliyə və digər pozuntulara yol verdiklərinə görə bir sıra hakimlər intizam məsuliyyətinə cəlb edilib, o cümlədən Tərtər rayon məhkəməsinin hakimi Mübariz Məmmədovun hakimlik səlahiyyətlərinə vaxtından əvvəl xitam verilməsi, Quba rayon məhkəməsinin hakimi Zamin Tahirovun tutduğu vəzifədən azad olunaraq başqa işə keçirilməsi barədə qərarlar qəbul edilib.
# 1337
avatar

Səlcuq Elçin

Oxşar yazılar