Kimlər haralarda iftar süfrələri təşkil edir?
15 may 2019 15:55 (UTC +04:00)

Kimlər haralarda iftar süfrələri təşkil edir?

Bu gün Ramazan ayının 10-cu günüdür. Ramazanın önəmli mərasimlərdən biri də iftar süfrələrinin təşkilidir.

İftar süfrələrinin mənası, sadəcə, ehtiyacı olanlara yemək vermək deyil. Paylaşmaq, yaxınlaşmaq, birlikdə Allaha verdikləri üçün dua etməkdir.

Lent.az hansı qurumların iftar süfrələri təşkil etdiyini öyrənməyə çalışıb.

Bakı Şəhər İcra Hakimiyyətindən bilirildi ki, qurum bu məsələ ilə məşğul olmur: “Ayrı-ayrı rayon icra hakimiyyətləri müxtəlif məkanlarda iftar süfrələri təşkil edirlər”.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin tabeliyində Mənəvi Dəyərlərin Təbliği Fondundan isə bildirdilər ki, iftar süfrələri mütəmadi təşkil olunur: “Bakı şəhəri ilə yanaşı, Azərbaycanın bütün rayonlarında iftar süfrələri təşkil olunur. Bakı şəhərində Heydər Məscidində iftar süfrəsi təşkil olunub. Gəncə və Sumqayıt şəhərlərində dz iftar süfrələri açmışıq. Mayın 17-də Cocuq Mərcanlı kəndində iftar süfrəsi təşkil olunacaq. Ağdaş, Balakən, Qəbələ, Göyçay, Lerik, Biləsuvar, Sabirabad və digər rayonlarda iftar süfrələri ya  təşkil olunacaq”.

Fonddan bildirilib ki, iftar süfrələrində əsasən şəhid ailələri, aztəminatlı ailələr, fiziki məhduiyyəti olan şəxslər iştirak edirlər: “İftar süfrələri şəhər və ya rayonda menyusu yaxşı olan restoran və ya şadlıq evlərində təşkil edilir”.

Yeri gəlmişkən, bu gündən başlayaraq 3 gün ərzində iftar süfrəsi təşkil edəcək qurumlardan biri də  "Nargis" fondudur. Fonddan Lent.az-a bildirildi ki, iftar süfrələri Türkiyənin Azərbaycandakı səfirliyi ilə birgə "Qız Qalasından Kız Kulesinedək" xeyriyyə layihəsi çərçivəsində açılacaq: “Layihə çərçivəsində "Nargis" fondu "Türk Hava Yolları", "MUSİAD", "Ziraat" bank və "145 Group"un dəstəyi ilə Fəvvarələr meydanında iftar süfrəsi təşkil edəcək.

İftar ardıcıl olaraq mayın 15,16,17-də veriləcək".

 

 

 

# 1400
avatar

Aygün İbrahimli

Oxşar yazılar