Azərbaycanda 100 mindən çox “Kalaşnikov” avtomatı istehsal edilib

Azərbaycanda Rusiya lisenziyası ilə 100 mindən çox “AK-74M Kalaşnikov” avtomatı istehsal edilib.
 
Lent.az-ın Trend-ə istinadən verdiyi məlumata görə, bunu Azərbaycanın müdafiə-sənaye kompleksinin nümayəndəsi Minskdə keçirilən “MILEX 2019” beynəlxalq silah sərgisində deyib.
 
Onun sözlərinə görə, ölkədə "Kalaşnikov" avtomatlarının istehsalı 2021-ci ilədək davam edəcək: “Ümumilikdə 120 minədək “AK-74M” avtomatının istehsalı nəzərdə tutulur”.
 
Qeyd edək ki, Azərbaycan Müdafiə Sənayesi Nazirliyi 2011-ci ildən AK-74M avtomatlarını istehsal edir. Bu avtomatlara “Xəzri” adlı verilib.
 
Xatırladaq ki, Minskdə “MILEX 2019” beynəlxalq silah sərgisi mayın 15-dən 18-dək davam edəcək.

LENT

25 May 2019

Digər xəbərlər >>>