<b>Bahar Muradova AzTV-dən danışdı: <span style="color:red;">“... şad oldum” </b>
15 may 2019 13:00 (UTC +04:00)

Bahar Muradova AzTV-dən danışdı: “... şad oldum”

“Bu gün işə lap erkən gəlmişdim. Saat 8-i təzəcə kecmişdi. İlk olaraq televizoru yandırdım. Hər zamankı kimi AzTV-ni seçdim. Əvvəl mənə elə gəldi ki, hansısa başqa bir kanaldır. Amma tanış üzləri və səsləri gördükdən sonra anladım ki, səhv etməmişəm, bu, doğrudan da bizim doğma kanalımızdır”
 
Lent.az məlumat verir ki, bu sözləri Milli Məclisin sədr müavini  Bahar Muradova bildirib. O qeyd edib ki, tamamilə yenilənmiş səhər studiyasındakı müasir dizayn, musiqi tərtibatı, aparıcıların əhval-ruhiyyəsi, geyimi, davranışı, rənglər, bir sözlə, hər şey göz oxşayır: “Qonaqla söhbət üçün seçilmiş mövzu da aktual idi. 15 may beynəlxalq "Ailə günü"nə həsr olunmuş müzakirələri sonadək izlədim. Ardınca "Gün başladı" proqramı diqqətimi çəkdi. Hər zaman görmək istədiyim və insan əhvalına gözəl təsir edən bir rəngarənglik var idi. Məncə, hər şey günə yaxşı başlamaq üçün gözəl düşünülmüş və əla yerinə yetirilməkdə idi”.
 
B.Muradova sevindiyini də gizlətməyib:
 
”Hər zaman ekran və efir məkanımız üçün örnək, yeni media quruluşlarımız üçünsə əsl məktəb rolunu oynayan ana televiziyamızın mahiyyətinə uyğun yeni və müasir forma kəsb etməsinə ürəkdən şad oldum. Ölkəmizin inkişaf ahənginə daha dinamik şəkildə qoşulan, getdikcə daha baxımlı, məzmunlu verilişlərlə tamaşaçıların zövqünü və tələbatını ödəmək imkanlarını genişləndirən, eyni zamanda milli adət və dəyərlərimizə sadiqliyi ilə seçilən, ailəvi olaraq rahat izlədiyimiz doğma kanalımızı, onun yaradıcı kollektivini bu nəzərəçarpan uğurlarına görə alqışlayır, daha kreativ, yeniliklərə daha açıq olmalarını arzulayıram”.
# 986
avatar

Hicranə Əlişqızı

Oxşar yazılar