Piyadanın ölümü ilə nəticələnən ağır qəza baş verdi
15 may 2019 12:05 (UTC +04:00)

Piyadanın ölümü ilə nəticələnən ağır qəza baş verdi

Xətaidə ağlr yol-nəqliyyat hadisəsi baş verib.
 
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, hadisə mayın 14-də saat 15 radələrində rayonunun Nobel prospektində qeydə alınıb. Belə ki, Bakı şəhər sakini E.Yəhyayev idarə etdiyi “Mercedes” markalı avtomobillə yolu keçən Astara rayon sakini Eldar Əliyevi vurub. 
 
Nəticədə piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb.
 
Xətai RPİ tərəfindən araşdırma aparılır.
# 739
avatar

Fəxriyyə Mahmudova

Oxşar yazılar